AZ

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Buryatiya bölgəsində, Ulan-Ude onkoloji mərkəzində 65 yaşlı xəstənin analizlərindəki qarışıqlıq səbəbindən tam sağlam böyrəyi çıxarılıb.Bizim.Media xəbər verir ki, bu barədə Baza yazıb.Cərrah əməliyyatdan sonra “15×7 sm ölçüdə şiş” götürdüyünü bildirib, lakin sonradan məlum olub ki, heç bir şiş olmayıb.Xəstə bununla bağlı jurnalistlərə belə deyib:“Sadəcə üzr istəyirlər! Axı böyrək yoxdur. Mən niyə onlara güvəndim? Bu, həyat yox, dəhşətdir.”

 

Buryatiyanın səhiyyə nazirinin müavini Natalya Loqina buna görə qadından üzr istəyib.

İstintaq Komitəsi səhlənkarlıq nəticəsində sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açıb. Qadın onkoloji mərkəzdən ya böyrək transplantasiyası, ya da maddi kompensasiya tələb edir.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
bizim.media

3Mənbələr