AZ

"İlk görüşdə geyindiyim paltarı hələ də saxlayıram”

Amerikalı müğənni Mayli Sayrus etiraf edib ki, keçmiş əri, aktyor Liam Hemsvortla ilk görüşdə geyindiyi paltarı hələ də saxlamaqdadır.

News24.az xəbər verir ki, ifaçı bu barədə "Vogue" jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, həyatın gözəl anlarından yenidən dadmaq istəyir, ona görə də məktublar və digər xatirələri saxlayır.


Mayli həm də həyatının müxtəlif dövrlərini əks etdirən kolleksiya yaratmağı planlaşdırır.

Xatırladaq ki, Sayrus və Hemsvort ilk dəfə 2009-cu ildə "The Last Song" filminin çəkiliş meydançasında tanış olublar. Cütlük 2016-cı ildə nişanlanıb və 2018-ci ilin dekabrında evlənib. Lakin bir ildən də az müddət sonra ayrıldıqlarını elan ediblər.

Seçilən
117
news24.az

1Mənbələr