AZ

Moldovada parlament seçkiləri keçirilir

Kişineu, 28 sentyabr, AZƏRTAC

Moldovada parlament seçkiləri keçirilir.

AZƏRTAC Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, vətəndaşlar növbəti 4 il ərzində ölkəni idarə edəcək 101 parlament üzvünü seçirlər.

Parlament seçkilərində 14 partiya, 4 blok və 4 müstəqil namizəd iştirak edir.

Parlament seçkilərini 3423 yerli və xarici müşahidəçi izləyir.

Onlardan 2496 nəfəri yerli, 912-si isə xarici müşahidəçidir. Xarici müşahidəçilərdən 296-sı beynəlxalq təşkilatların nümayəndələridir.

Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səsvermə prosesinin sadələşdirilməsi üçün Moldovada və xaricdə 30 seçki məntəqəsində həm kağız, həm də elektron seçici siyahılarından istifadə edir.

Seçicilərin azı 30 faizi iştirak etdikdə seçki baştutmuş hesab ediləcək.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Seçilən
33
8
azertag.az

10Mənbələr