AZ

Alip: Almatıda “Real”a görə stadiona mənzərəsi olan evləri satırlar

Sankt-Peterburqun “Zenit” klubunun qazaxıstanlı müdafiəçisi Nurəli Alip "Kayrat"ın Çempionlar Liqasının ikinci turunda “Real Madrid”lə keçirəcəyi oyun ərəfəsində ölkəsindəki həyəcandan danışıb.

İdman.biz bildirir ki, oyun sentyabrın 30-da keçiriləcək.

“Düşünürəm ki, “Real Madrid” Qazaxıstana yaxşı heyətlə gələcək. “Kayrat”I ağır oyun gözləyir. Amma mən əzmkar heç-heçə istəyirəm. Artıq Almatıda stadiona mənzərəsi mənzilləri satırlar. Stadion çox az tamaşaçı tutur və məncə, bilet üçün 200 min müraciət olub”, - Alip bildirib.

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr