AZ

Mourinyo “Çelsi” ilə oyun barədə: “Mən o klubun tarixinin bir hissəsiyəm”

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının ikinci turunda “Çelsi” ilə Londonun “Stemford Bric” stadionunda keçirəcəkləri oyundan əvvəl gözləntilərini bölüşüb.

İdman.biz xəbər verir ki, Mourinyo 2004-2007-ci və 2013-2015-ci illərdə London klubunu çalışdırıb.

“Stemford Bric”ə getmək evə qayıtmaq kimi olacaq. O stadionda mən üç dəfə Premyer Liqanın çempionluğunu qazanmışam. Mən “Çelsi”nin tarixinin bir hissəsiyəm, “Çelsi” isə mənim tariximin bir hissəsidir. Bu futboldur. Onlar da udmaq istəyirlər, mən də qalib gəlmək istəyirəm, lakin oyun zamanı düşünürəm ki, bunu unudub, sadəcə mübarizə aparacağam”, - baş məşqçi deyib.

Qeyd edək ki, Mourinyo bu mövsümdə ilk dəfə “Benfika”nı Çempionlar Liqasının oyununa çıxaracaq. Lissabon klubu turnirdə ilk oyununda Bruno Lajinin rəhbərliyi altında doğma meydanda “Qarabağ”a 2:3 hesabı ilə uduzub.

“Çelsi” - “Benfika” oyunu sentyabrın 30-da baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
icma.az

2Mənbələr