AZ

Zəfər xronikası. 28 sentyabr 2020-ci il: Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il sentyabrın 28-də BMT-nin Baş katibi AntonioQuterreşin təşəbbüsü ilə onunla Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev arasında videokonfrans formatında görüşolub.

Prezident İlham Əliyev dünən Ermənistanın Azərbaycana qarşıtörətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumatverdi. Qeyd etdi ki, sentyabrın 27-də Ermənistan təmas xəttiboyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayışməntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bununnəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlakolublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücuməməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan tərəfi birincidəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə builin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşartəxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsitəmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, ErmənistanAzərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xaricivətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu daCenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddipozulmasıdır.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, Ermənistanın başnaziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcburediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmışmülki könüllülər dəstələri yaradıb.

Prezident İlham Əliyev söhbət zamanı bildirdi ki, o,Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etmişdir.

Dövlətimizin başçısı bildirdi ki, Ermənistan rəhbərliyi şüurluşəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin“Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbəvurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır”bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, buda qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən dəbildirilib.

Prezident İlham Əliyev dedi ki, Ermənistan-Azərbaycan DağlıqQarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları vəAzərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlıqüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamçıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiqqətnamələri əsasında həll olunmalıdır.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş AssambleyasınınCOVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirəedildi və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görəBMT Baş katibinə minnətdarlığını bildirdi. Prezident İlham ƏliyevAzərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalqmüstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd etdi.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMTarasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirəolundu.

Məqalədə:
Seçilən
59
1
az.trend.az

2Mənbələr