Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Çilidə 20 yaşınadək futbolçular arasında dünya çempionatı start götürüb.
İdman.biz bildirir ki, ilk oyun günündə A və B qruplarında yarışan komandalar üz-üzə gəliblər.
A qrupunda Yaponiya və Misir qarşılaşıblar. Rion İsihara (29) və İşii Hisatsuqunun (49) vurduğu qollarla asiyalılar çempionatda ilk qələbələrini qazanıblar - 2:0..
B qrupunda isə Cənubi Koreya və son çempion Ukrayna güclərini sınayıblar. Qarşılaşmada hesabı 13-cü dəqiqədə Aleksandr Pişşur açıb. 16-cı dəqiqədə Gennadi Zinçuk ukraynalıların ikinci topunu vurub. 80-ci dəqiqədə Myunq Yun Kim buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2. Oyun bu heabla başa çatıb.
Çempionatda 24 ölkənin komandası iştirak edir. Turnir sentyabrın 27-dən oktyabrın 19-dək davam edəcək.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.