MLS Liqasında “Toronto” Lionel Messinin də heyətində yer aldığı “İnter Mayami”ni qəbul edib.
İdman.biz xəbər verir ki, Torontonun “BMO Field” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"İnter Mayami"nin heyətində qolu Jordi Albanın ötürməsi ilə Tadeo Allende vurub.
Beləliklə, Lionel Messinin komandasının üç oyunluq qələbə seriyası başa çatıb. “Toronto” isə ardıcıl yeddinci oyunda heç-heçə edbi.
“Toronto” oktyabrın 5-də keçiriləcək növbəti matçda “Çikaqo Fayr” ilə qarşılaşacaq. “İnter Mayami” də növbəti matçında “Çikaqo Fayr”la qarşılaşacaq, lakin bu, oktyabrın 1-də olacaq.