Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
İspaniya La Liqasında VII turda “Vilyarreal” “Atletik Bilbao”nu qonaq edib.
İdman.biz bildirir ki, komandalar Vilyarrealdakı “Estadio Seramika” stadionunda qarşılaşıblar.
Oyunda yeganə qolu 77-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Alberto Moleyro vurub.
“Vilyarreal” ilk 7 matçdan sonra 16 xalla İspaniya çempionatının cədvəlində üçüncüdür. “Atletik Bilbao” 10 xalla La Liqada səkkizincidir.
“Atletik Bilbao” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun oktyabrın 22-də Bilbaoda keçiriləcək.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.