ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İtaliya A Seriyasında 5-ci tur "Kalyari" - "İnter" matçı ilə davam edib.
İdman.biz bildirir ki, komandalar Kalyaridəki “Unipol Domus” stadionunda qarşılaşıblar.
Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə qurtarıb.
Oyunda ilk qolu 9-cu dəqiqədə “İnter”"in hücumçusu Lautaro Martines, mərkəz müdafiəçisi Alessandro Bastoninin ötürməsindən sonra vurub. 82-ci dəqiqədə Françesko Esposito qonaqların bir daha meydançanın mərkəzinə dəvət edib.
“İnter” bu qələbə ilə xallarını 9-a çatdırıb və turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Kalyari”nin 7 xalı var və hazırda A Seriyasında 9-cu yerdədir.
A Seriyasında bu gün “Komo” – “Kremoneze” oyunu da baş tutub. Oyun 1:1 hesabı ilə qurtarıb. Meydan sahiblərindən Mikolas Pasın 32-ci dəqiqədə vurduğu qola qonaqlar 69-cu dəqiqədə Federiko Baskirottonun zərbəsi ilə cavab veribləri – 1:1.
Bu oyundan sonra “Komo” 8 xalla 8-ci yerdədir, “Kremoneze” isə 9 xalla üçüncü pillədə qərarlaşıb.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.