AZ

Kanadalı Alimlər: Evdə it saxlanılması uşaqlarda astma riskini azaldır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yeni aparılan araşdırmaya görə, it olan evdə böyüyən uşaqlar, it olmayan evlərdə böyüyənlərə nisbətən uşaqlıq astmasından daha az əziyyət çəkirlər. Lakin, pişik saxlanmasının oxşar təsiri olmadığı məlum olub.

Bizimyol.info xəbər verir ki, Kanadadaki Toronto şəhərindəki "Sick Children" xəstəxanasından alimlər, 3-4 aylıq 1.050 körpənin evlərindən toplanan toz nümunələrini araşdırıb və onları 5 yaşına qədər izləyiblər. Bu müddət ərzində iştirakçılarda astma diaqnozu 6,6%-də qoyulub.

Araşdırmanın nəticələri göstərib ki, itlərin dəri və tüklərindən və tüpürcəyindən yayılan Can f1 allergeninə daha yüksək səviyyədə məruz qalan uşaqlarda astma riski 48% daha az olub. Bu uşaqlarda həmçinin, daha yaxşı ağciyər funksiyası müşahidə edilib – bu, bir saniyə ərzində dərindən nəfəs alıb, havanı xaric etməklə ölçülür.

Bu effekt, xüsusilə ağciyər funksiyasının genetik olaraq zəifləmə riski olan uşaqlarda daha aydın şəkildə görünüb. Lakin, pişik allergenləri və ya bakterial endotoksinlərə məruz qalan uşaqlarda bu qoruyucu təsir müşahidə olunmayıb.

Bu tədqiqatın nəticələri uşaqlarda astmanın profilaktikası üçün yeni imkanlar açır. Lakin alimlər və həkimlər, ev heyvanları ilə yaşamağın uşağın tənəffüs sisteminin uzunmüddətli inkişafına necə təsir etdiyini daha yaxşı başa düşmək üçün əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr