AZ

Qismətdə bir xal var imiş Elmar Baxşıyev

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Araz-Naxçıvan" Misli premyer-liqasının 6-cı tur matçında "Şamaxı"nın meydanında xal itirdi - 1:1."Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- İki fərqli hissə oynadıq. Komanda ilk yarıda gözləntiləri qarşılamadı. İstədiklərimizi icra etməkdə çətinlik çəkirdik. "Şamaxı" yaxşı təzyiq göstərdi. İkinci hissədə fərqli çıxış edib xal qazandıq. Bu gün qələbə qazana da bilərdik, uduza da. Qismətdə bir xal var imiş.- Adətən iddialı komandalar autsayderlərlə oyunlarda xal itirir. Sizcə, bunun səbəbi nədi?- "Şamaxı"ya autsayder gözüylə baxmırıq. Heyətində yaxşı futbolçular var. Meydanda nə etmək istədiyini bilən komandadı. Meydança süni örtüklü olduğu üçün futbolçular çətinliklə uyğunlaşır. Bu gün azarkeşlər üçün maraqlı oyun oldu.- "Qarabağ"a ağır məğlubiyyətin bugünkü matça təsiri oldu?- Xeyr. Məğlubiyyətlərin üzərində çox dayanmırıq. Komanda olaraq qarşıdakı matçlara köklənirik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
icma.az

2Mənbələr