AZ

Almanların 65 faizindən çoxu kansler Fridrix Mertsin işindən narazıdırlar

Almanların 65 %-dən çoxu ölkə kansleri Fridrix Mertsin işindən narazıdırlar.

“Cebheinfo.az” "Report"-a istinadən xəbər verir ki, bunu "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.

Qeyd olunub ki, hələ iyunun əvvəlində analoji sorğuda iştirak edən respondentlərin 45 %-i hökumət başçısının fəaliyyətindən narazı olduğunu bildirib. Demək olar ki, dörd ay ərzində bu pay 20 faiz artıb.

Yalnız 23 % Mertsin fəaliyyəti haqqında müsbət fikirdədir. Halbuki iyunun əvvəlində bu göstərici 36 %-dən çox idi. Sorğuda 12 % faiz isə qərarsız qalıb.

Sentyabrın 25-26-da keçirilən sorğuda ümumilikdə, 1 003 nəfər iştirak edib.

Bu arada, Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı Almaniyanın partiya sıralamasında birinciliyini "Almaniya üçün Alternativ" partiyasına verməkdə davam edir. Respondentlərin yalnız 25 %-i mühafizəkarları, 26 %-i isə Almaniya üçün Alternativ partiyasını dəstəkləməyə hazırdır.

“Cebheinfo.az”

Seçilən
10
2
cebheinfo.az

3Mənbələr