AZ

“Bir xalı da yaxşı nəticə hesab edirik” Azər Həşimov

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Karvan-Yevlax” “Neftçi” səfərindən xalla ayrıldı. “Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Azər Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. - Şəhidlərin ruhuna rəhmət diləyirəm. “Neftçi”nin gücü hamıya bəllidi. “Sumqayıt”la oyunu təhlil etmişdik. Müdafiədən oynayıb, əks-hücumlar planlaşdırmışdıq. Bir-iki epizodumuz oldu. Bir xalı da yaxşı nəticə hesab edirik. - “İmişli” sizin üçün “Neftçi”dən daha çətin rəqibdi deyə bilərik? - Xeyr, sadəcə standart vəziyyətlərdən qol buraxırdıq. Mübarizə aparıb, xal qazanmaq lazımdı. Futbolçularla danışdıq, yaxşı oyunları yada saldıq. Komandanı silkələdik, izah etdik ki, bu komanda nəticələr qazana bilər. - Elvin nə əcəb yox idi? - Mikrozədəsi var idi. Əvəzedilməz futbolçu yoxdu. - Səid çox aqressiv idi. Qırmızı vərəqə ala bilərdi. - Müdafiəçilər belə olmalıdı. Futbol xarakter oyunudu. - Mikels və Mateuşun durumu nə yerdədi? - Gələn həftə ikisi də hazır olmalıdı. MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
icma.az

2Mənbələr