AZ

“Xəzər Media Mərkəzi” qəhrəman şəhidlərimizdən bədii, sənədli hazırlayıbVİDEO

“Xəzər Media Mərkəzi” 44 günlük vətən müharibəsindən bəhs edən "Soyadı Vətən" adlı filmi təqdim edib.

Xezerxeber.az xəbər verir ki, film qəhrəman oğullarından olan Əmrah Rajapovun həyatından bəhs edir.

Filmdə valideynləri tərəfindən tərk edilən, nənəsinin himayəsinə verilən, daha sonra isə ocağı uşaq evi olan gəncin taleyinə həsr olunub. Filmdə də qeyd edildiyi kimi, Əmrahın məzar daşında ata adı yazılmayıb. Çünki o kiminsə deyil, VƏTƏNİN OĞLUDUR….

Tədbirdə çıxış edən Xəzər Media Mərkəzinin Baş Direktoru Murad Dadaşov filmin əhəmiyyətindən danışıb.

Filmin müəllifi Turqan Əliyev isə Əmrahla olan tanışlığından, dostunun filmin baş qəhrəmanına necə çevrilməsindən bəhs edib.

“Xəzər Media Mərkəzi”nin aparıcısı və filmin quruluşçu rejissoru Mehman Rəsulov qısa müddət ərzində bir həyatın necə ekranlaşdırılmasından danışıb. O bildirib ki, kiçik Əmrahın böyük tale yüklü həyatı 20 dəqiqə ərzində canlandırılıb. Filmə Əmrahın həyatında bu günə qədər ona yoldaş olan insanlar da kömək edib.

Əmrahın taleyindəki hər kəs onu böyüdüb vətənə əmanət etdi, vətən isə Əmrahın ruhunu özünün ən uca məqamına - Şəhidlik zirvəsinə layiq qıldı…

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
61
xezerxeber.az

1Mənbələr