AZ

Özgür Özəl üçün daha bir şok! Bələdiyyə sədri istefa verir

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Antalyanın mərkəzi rayonlarından biri olan Aksu bələdiyyə sədri İsa Yıldırım Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini və müstəqil bələdiyyə başqanı kimi vəzifəsini davam etdirəcəyini açıqlayıb.Turkustan.az xəbər verir ki, CHP-nin daha bir bələdiyyə sədri partiyadan istefa verib. Antalyanın Aksu bələdiyyə başqanı İsa Yıldırım CHP-dən istefa verdiyini açıqlayıb və müstəqil olaraq namizədliyini davam etdirəcək.

İsa Yıldırım sosial mediada etdiyi yazılı açıqlamada 2024-cü il seçkilərində CHP kadrlarının dəstəyini millətçi və mühafizəkar seçicilərlə birləşdirərək 55 faiz səslə bələdiyyə sədri seçildiyini xatırladıb. Yıldırım, "Bu uğur həm CHP-lilərin, həm də millətçilərin birgə səylərinin nəticəsidir" deyən, seçkidən sonra partiyadaxili problemlərin onu istefa həddinə çatdırdığını da sözlərinə əlavə etdi.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
icma.az

2Mənbələr