AZ

“Bayer Leverkuzen” 5-ci tur oyununda “Sankt Pauli”yə qalib gəlib

Almaniya Bundesliqasında 5-ci turun oyununda “Sankt Pauli” və “Bayer” qarşılaşıblar.

İdman.biz bildirir ki, Hamburqdakı “Millerntor” stadionunda keçirilən oyunda qonaqlar 2-1 hesabı ilə qalib gəliblər.

25-ci dəqiqədə “Bayer”in müdafiəçisi Edmond Tapsoba komandasını hesabda önə keçirib. 33-cü dəqiqədə müdafiəçi Hauke Uol hesabı bərabərləşdirib. 58-ci dəqiqədə Ernest Poku "Bayer"i yenidən hesabda irəli çıxarıb.

Leverkuzen klubu bu qələbəylə xallarını səkkizə yüksəldib və Bundesliqa cədvəlində dördüncü yerdə qərarlaşıb. "Sankt Pauli"nin yeddi xalı var və liqada altıncıdır.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr