AZ

“Bilməlidirlər ki, Rusiya paytaxtında işıqlar kəsiləcək” − Zelenski

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Əgər onlar, məsələn, Ukraynanın paytaxtında işıqların kəsilməsi ilə hədələyirlərsə, o zaman Kreml bilməlidir ki, Rusiyanın paytaxtında işıqlar kəsiləcək”.

Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə Rusiyanın payız-qış dövründə Ukraynanın enerji sistemini sıradan çıxarmaqla bağlı hədələrinə simmetrik cavab verəcəyini açıqlayıb.

“Ruslar təhdid etsələr, onlarla ritorikamızda çox ehtiyatlı olmamalıyıq. Sivil olmayanlarla mədəni olmaq – məncə, bu, həm ritorikada, həm də döyüş meydanında və Rusiya Federasiyasına münasibətdə daha əsaslı hərəkətlərdə səhvdir. Rusiya aydın şəkildə başa düşməlidir ki, sivil dövlətlər vəhşi ölkələrdən onunla fərqlənirlər ki, onlar heç vaxt münaqişəyə başlamır və təcavüzkar deyillər. Lakin bu, onların zəif olması demək deyil”, - Ukrayna prezidenti bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
yeniavaz.com

1Mənbələr