AZ

“Raymond Kopa-2025” üçün səsvermə xalları AÇIQLANDI

Xəbər verildiyi kimi, İspaniya milli komandası və “Barselona”nın hücumçusu Lamin Yamal 21 yaşa qədər ən yaxşı gənc futbolçu (“Raymond Kopa” mükafatı) səsverməsində 124 xal toplayaraq birinci olub.

İdman.biz bildirir ki, ikinci yerdə Fransa milli komandası və PSJ hücumçusu Dezire Due qərarlaşıb – 72 xal.

Top-10 oyunçuların xalları belə olub:

1. Lamin Yamal (“Barselona”) — 124

2. Dezire Due (PSJ) — 72

3. Joau Neves (PSJ) — 23

4. Estevao (“Çelsi”) — 23

5. Kenan Yıldız (“Yuventus”) — 6

6. Din Heysen (“Real Madrid”) — 5

7. Pau Kubarsi (“Barselona”) — 3

8. Rodrigu Mora (“Porto”) — 1

9. Ayub Buaddi (“Lill”) — 0

10. Mayls Lyuis-Skelli (“Arsenal”) — 0

Qeyd edək ki, 2024/2025 mövsümündə Yamal bütün turnirlərdə 55 oyunda iştirak edərək 18 qol vurub və 25 assist edib. “Barselona” ilə birlikdə o, İspaniya çempionu olub, həmçinin İspaniya Kuboku və Superkubokunu qazanıb.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr