Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib.
"Prezident İlham Əliyev balaca Nilayın - 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur - bu, həqiqətən də, "danışan foto"lardır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir".