XRİTDX-nin rəhbər heyəti Anım günü ilə bağlı Zəfər Parkını ziyarət edib
Ajans.az xəbər verir ki,Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.
