Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İspaniya millisinin və “Barselona”nın futbolçusu Aytana Bonmati üçüncü “Qızıl top”unu qazanmasının böyük əhəmiyyət daşıdığını açıqlayıb.
İdman.biz xəbər verir ki, o, bu uğurun yalnız şəxsi nailiyyət olmadığını, həm də qadın futbolunun inkişafı üçün önəmli olduğunu vurğulayıb:
“Kişi futbolunda Yohan Kroyff, Mişel Platini və Marko van Basten bunu bacarıb. Mən xüsusilə Kroyffini nümunə kimi qəbul edirəm və Barselonada onun təmsil etdiyi hər şeyə görə 14 nömrə geyinirəm”.
Futbolçu əlavə edib ki, bu uğura çatmaq asan olmayıb: “Uşaq olanda oğlanlarla oynayaraq yerim üçün mübarizə aparmalı idim. İnsanlar belə bir kuboku əldə etmək üçün hansı səyləri göstərdiyimizi başa düşmürlər”.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.