AZ

Daha iki stolüstü tennisçimiz III MDB Oyunlarının FİNALINDA

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışlar keçirilib.

Bizim.Media xəbər verir ki, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Onur Quluzadə və Adil Əhmədzadə qüvvələrini sınayıblar.
 

Onlar yarımfinalda müvafiq olaraq, Oryanbassar Yessimxan (Qazaxıstan) və Aliaksey Rabuşka (Belarus) ilə qarşılaşıblar.


Rəqiblərinə qalib gələn idmançılarımız finala vəsiqə qazanıblar.

Qeyd edək ki, fərdi yarışlarda final oyunları sentyabrın 28-də keçiriləcək.

Bizim.Media

Seçilən
0
5
bizim.media

7Mənbələr