27 Sentyabr – Anım Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Bakıda Zəfər parkını ziyarət edib.
Doğru.az xəbər verir ki, ziyarət zamanı xatirə daşının önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.
DOĞRU.AZ