AZ

“Danışan fotolar”... - Hikmət Hacıyev Prezidentin Nilayla FOTOSUNU paylaşdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi rəsmi "X" hesabında dövlət başçısının Vətən müharibəsi dövründə Gəncəyə atılan raket zərbəsi nəticəsində hər iki valideynini itirmiş Nilay Əliyeva ilə fotosunu paylaşıb.

“Prezident İlham Əliyev balaca Nilayın - 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur. Bunlar, "danışan fotolar"dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir", - H. Hacıyev qeyd edib.






Bizim.Media

Seçilən
4
19
bizim.media

10Mənbələr