Bundesliqa 2-də VII turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, Mahir Emreli çıxış etdiyi "Kayzerslautern" növbəti oyununa çıxıb. Mahir ardıcıl 4-cü oyunda heyətdə yer almayıb.
Qolsuz keçən ilk hissənin sonlarında "Kayzerslautern" azlıqda qalıb. Maksvell Qyamfi qırmızı vərəqə ilə cəzalanıb.
İkinci hissədə 2 qol vuran "Paderborn" görüşdən qələbə ilə ayrılıb - 2:0.
Beləlilklə, "qırmızı şeytanlar"ın qələbə seriyası qırılıb. Onlar 12 xalla 7-ci yerdədir.