AZ

“MotoGP” çempionu Yaponiya Qran prisində xəsarət aldı

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

27 yaşlı ispaniyalı motosikletçi və hazırkı “MotoGP” çempionu Xorxe Martin Yaponiya Qran-prisində sprint yarışında yıxılaraq çiyin sümüyünü sındırıb.

İdman.biz xəbər verir ki, yarışa 17-ci yerdən başlayan Martin, ilk döngədə əyləc etmə zamanı səhv edərək komanda yoldaşı Marko Bedzeçkiyə çırpılıb.

Hər iki yarışçı qumluğa düşüb. Martin dərhal tibbi mərkəzə aparılıb və rentgen nəticəsində sağ çiyin sümüyündə sınıq və yerindən sürüşmə aşkarlanıb. Bedzeçkini isə ayaq əzələsində zədə diaqnozu ilə müayinə ediblər.

Qeyd edək ki, Martin bu mövsüm dəfələrlə xəsarət və sınıqlarla üzləşib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
icma.az

2Mənbələr