Azərbaycan millisinin üzvü Mahir Emreli "Kayzerslautern"in "Paderborn"la oyununun iştirak ərizəsinə salınmayıb.
Operativ Media xəbər verir ki, milli üzvü ardıcıl 5 oyundur Almaniya klubunun iştirak ərizəsinə düşə bilmir.
Səbəb kimi, məşqçinin Mahir Emrelinin hazırlığından razı qalmaması göstərilir.
Qeyd edək ki, Azərbaycan millisi Oktyabrın 10-da Fransa ilə, 13-də isə Ukrayna ilə qarşılaşacaq.