AZ

Qəzza ilə bağlı bu təşəbbüsə Slovakiya da qoşuldu

BAKI, 27 sentyabr. TELEQRAF

Slovakiya Danimarka tərəfindən Qəzza zolağı və digər işğal olunmuş Fələstin ərazilərinin sakinlərinin tibbi xidmətə çıxışı üçün çağırış edən beynəlxalq təşəbbüsə qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Slovakiyanın xarici işlər naziri Juraj Blanar beynəlxalq ictimaiyyətin diqqətini Qəzzadakı vəziyyətə cəlb etmək məqsədi daşıyan avropalı siyasətçilərin müvafiq bəyanatını imzalayıb.

"Slovakiya ardıcıl olaraq Qəzza zolağındakı fəlakətli vəziyyətlə əlaqədar beynəlxalq hüquq normalarına riayət etməyə çağırır. Mülki əhalinin iztirabları tamamilə qəbuledilməzdir.

Ona görə də bu bəyanatı imzalamaqla biz Qəzzada mülki əhalinin əzablarının azaldılmasına yönəlmiş birgə beynəlxalq səyləri dəstəkləməyə davam etmək öhdəliyimizi bir daha təsdiqləyirik",- Blanar bildirib.

Seçilən
8
teleqraf.com

1Mənbələr