Çinin şimal-qərb əyaləti olan Qansuda 5,6 maqnitudalı zəlzələ nəticəsində 9 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
"Dinsi şəhərinin Lunsi və Çjansyan qəzalarında doqquz nəfər xəsarət alıb, 4 328 ev zədələnib və 7 812 nəfər təxliyə edilib", - agentlik bildirir.
Çin Seysmoloji Şəbəkələr Mərkəzinin (CENC) məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta