Azərbaycan yığmasının hücumçusu Mahir Emreli ardıcıl 4-cü oyunda "Kayzerslautern"in heyətinə daxil edilməyib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu hazırda davam edən "Paderborn"la görüşdə də yer almayıb.
O, "qırmızı şeytanlar"ın heyətində sonuncu dəfə avqustun 22-də meydana çıxıb.
Baş məşqçi Torsten Liberknext zədəsi olmamağına baxmayaraq Mahirin köməyinə ehtiyac duymur.
Qeyd edək ki, "Paderborn" - "Kayzerslautern" matçında ilk hissədə qol olmayıb.