AZ

"'Dünyanın ən yaxşısı olmaq sözləri çox böyükdür"

Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele "Qızıl Top" mükafatını qazandıqdan sonra dünyanın ən yaxşı futbolçusu statusu barədə fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "France Football" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

"Dünyanın ən yaxşı futbolçusu – bu çox böyük sözlərdir. Mənim üçün bu ifadənin xüsusi mənası yoxdur. Bu status hər həftə dəyişə bilər. Konkret oyunda yaxşı çıxış etməsən, insanlar səni pis hesab edəcək. Amma növbəti oyunda yenidən dünyanın ən yaxşısı ola bilərsən. Bu status bir-iki həftəyə dəyişə bilər".

Keçən mövsümdə Dembele bütün klub turnirlərində 53 oyun keçirib, 35 qol vurub və 16 assist edib. PSJ ilə Fransa çempionu olub, ölkə Kuboku və Superkubokunu qazanıb, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunu qazanaraq mövsümü uğurla başa vurub.

Seçilən
50
90deqiqe.az

1Mənbələr