AZ

Yağışlı havada hansı qidaların qəbulu məsləhətlidir? – Mütəxəssislərdən TÖVSİYƏLƏR

Payız mövsümünün gəlişi ilə yağışlı və sərin havalar özünü daha çox hiss etdirir. Belə havalarda insan orqanizmi immunitet zəifliyi, yorğunluq və soyuqdəyməyə daha həssas olur. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma bu fəsildə sağlam qalmaq üçün ən mühüm amillərdəndir.

Bizim.Media həmin qidaları sizə təqdim edir:

İsti şorbalar və tərəvəz yeməkləri


Yağışlı havada isti şorbaların, xüsusilə toyuq suyunda hazırlanan sup və tərəvəzli şorbaların qəbulu həm immuniteti gücləndirir, həm də bədəni isti saxlayır.

Çay və bitki dəmləmələri

Papatya, zəncəfil, nanə və darçın dəmləmələri yağışlı havalarda həm soyuqdəymənin qarşısını alır, həm də orqanizmi rahatladır. Yaşıl çay isə antioksidant təsiri ilə xüsusilə faydalıdır.

Vitaminlə zəngin qidalar

C vitamini ilə zəngin sitrus meyvələri (limon, portağal, naringi), eləcə də alma və nar kimi payız meyvələri immunitetin möhkəmlənməsində mühüm rol oynayır.

Bal və quru meyvələr

Bal orqanizmi zərərli mikroblardan qoruyur, quru meyvələr isə həm enerji verir, həm də bədənin ehtiyac duyduğu vitamin-mineralları qarşılayır.

İsti içkilər və ədviyyatlar

Yağışlı havalarda zəncəfilli, darçınlı və mixəkli içkilər həm bədəni isidir, həm də boğaz ağrılarına qarşı qoruyucu təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, yağışlı və sərin günlərdə qızardılmış, çox yağlı və ağır yeməklərdən çəkinmək lazımdır. Çünki belə qidalar immuniteti zəiflədərək orqanizmi xəstəliklərə qarşı daha həssas edə bilər.

Bizim.Media

Seçilən
10
2
bizim.media

3Mənbələr