AZ

Rusiyada insanların alkoqoldan zəhərlənib ölməsi ilə bağlı səkkiz nəfər həbs edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
"Leninqrad Vilayət Prokurorluğu regionda saxta alkoqoldan zəhərlənmə ilə bağlı vəziyyətə nəzarəti davam etdirir. Slantsı və Volosovskidə ölümlə nəticələnən zəhərlənmələrə prokurorluq tərəfindən nəzarət zamanı bir sıra axtarışlar aparılıb, saxta spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfər saxlanılıb", - deyə məlumatda bildirilib.
Qurumun məlumatına görə, cinayət işi çərçivəsində 1 000 litrdən çox spirtli içki müsadirə edilib.
"1 000 litrdən çox alkoqollu içki müsadirə edilib, onun regiona daxil olmasının mənbəyi müəyyənləşdirilir, şübhəlilərin barəsində qətimkan tədbirlərinin seçilməsi məsələsi həll edilir", - deyə qeyd edilib.
Seçilən
15
oxu.az

1Mənbələr