AZ

Laçında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - FOTOLAR

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da Laçın rayonunda bir dəqiqəlik sükutla yad olunub.

“Cebheinfo.az” APA-ya istinadən xəbər verir ki, sükut zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Rayon sakinləri şəhid əsgər və zabitlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

“Cebheinfo.az”

Seçilən
13
46
cebheinfo.az

10Mənbələr