AZ

İlon Maskın başı dərddə: Haqqında qalmaqallı iddia

Epstein hadisəsində onun da adı keçir.

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsində verilən açıqlamalarda “X” platformasının sahibi İlon Maskın, ictimaiyyətdə böyük rezonans doğuran Jeffrey Epstein qalmaqalına adının qarışdığı iddia olunub. 

Demokrat üzvlər tərəfindən paylaşılmış yeni sənədlərə əsasən, Maskın Epstein cinsi cinayətkar kimi qeydə alındıqdan illər sonra onunla əlaqəli olduğu iddia edilən məkanlara səyahət etdiyi irəli sürülür.

"Cebheinfo.az" xəbər verir ki, açıqlanan sənədlərdə İlon Maskın 2014-cü il dekabrın 6-da “pedofiliya adası” kimi tanınan Little St. James adasını ziyarət etdiyi bildirilir.

Bu ziyarətin Epsteinin cinsi cinayətlər siyahısına düşməsindən təxminən 6 il sonra baş verdiyi iddia olunur.Sözügedən sənədlərdə yalnız İlon Mask deyil, ABŞ-nin Prezidenti Donald Tramp, iş adamı Peter Thiel, sabiq Ağ Ev baş strateqi Steve Bannon və Britaniya Krallıq ailəsinin üzvü Şahzadə Endryu kimi bir çox tanınmış şəxsin də adı keçir.

Demokrat Nəzarət Komitəsinin sözçüsü Sara Guerrero verdiyi açıqlamada deyib:

“Jeffrey Epsteinin dünyanın ən güclü və varlı şəxsləri ilə əlaqəsi olduğu artıq inkar edilə bilməz. Hər yeni sənəd, sağ qalan qurbanlar üçün ədalət axtarışımızda bizə yeni məlumatlar təqdim edir.

Nəzarət Komitəsi olaraq Epsteinin iyrənc cinayətlərinə kim şərik olubsa, üzə çıxana qədər dayanmayacağıq. Baş prokuror Bondinin əlindəki bütün sənədləri açıqlamasının artıq vaxtı çatıb”.

Seçilən
36
cebheinfo.az

1Mənbələr