Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Müdafiə naziri general-polkovnik Zakir Həsənov, eləcə də həmin qurumların rəhbərliyi, ali zabit heyəti Hərbi Memorial Məzarlığı ziyarət ediblər.
Ölkə.Az report.az-a istinadla xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Vətən Müharibəsinin 5-ci ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib.
Daha sonra hərbi orkestrın müşayəti ilə dövlət himni səsləndirilib, eləcə də yaylım atəşi açılıb.