Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın 27 sentyabr Anım Günü ilə əlaqədar rəsmi "X" səhifəsində paylaşım edib.
Bu barədə Day.Az xəbər verir.
"27 Sentyabr - Anım Günü münasibətilə Qarabağ uğrunda canından keçən qəhrəman Azərbaycan övladlarını rəhmətlə yad edirik. Əminik ki, dayanıqlı sülhün təmin olunması yolunda atılan tarixi addımlar bu fədakarlıqların mirası üzərində bölgəmizdə əmin-amanlıq və rifahı bərqərar edəcək", -deyə paylaşımda qeyd olunur.
Türkiyə XİN sonda "İki Dövlət, Bir millət" şüarını bir daha vurğulayaraq, paylaşımı "şəhidlərimizin şanlı mirası daima qəlbimizdə yaşayacaq" cümləsi ilə yekunlaşdırıb.