AZ

Türkiyə XİN 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib

BAKI,TurkicWorld

Türkiyənin xarici işlər nazirliyi Azərbaycanın 27 sentyabr Anım Günü ilə əlaqədar rəsmi X səhifəsində paylaşım edib.

Bu barədə TurkicWorld xəbər verir.

"27 Sentyabr Şəhidləri Anma Günü münasibətilə Qarabağ uğrunda canından keçən qəhrəman Azərbaycan övladlarını rəhmətlə yad edirik. Əminik ki, dayanıqlı sülhün təmin olunması yolunda atılan tarixi addımlar bu fədakarlıqların mirası üzərində bölgəmizdə əmin-amanlıq və rifahı bərqərar edəcək", -deyə paylaşımda qeyd olunur.

Türkiyə XİN sonda "İki Dövlət, Bir millət" şüarını bir daha vurğulayaraq, paylaşımı "şəhidlərimizin şanlı mirası daima qəlbimizdə yaşayacaq" cümləsi ilə yekunlaşdırıb.

Seçilən
20
7
turkic.world

10Mənbələr