AZ

Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü

Xaçmazda qətl hadisəsi olub.

Musavat.com lent.az-a istiandən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Orxan Hacıbalayev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub. Nəticədə İlham Hüseynov ölüb.

Məlumata görə, öz evində öldürülən mərhum bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib.

Qeyd olunub ki, Orxan Hacıbalayev qayınatasının evində öz arvadı ilə dalaşıb. Bu zaman naməlum səbəbdən qayınatasına da yumruqla zərbə vurub.

Qətli törədən kürəkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılaraq, istintaq aparılır.

Seçilən
26
12
musavat.com

10Mənbələr