08:39
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
***
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.