AZ

Tarix yazan qəhrəmanlarımızı böyük ehtiram və hörmətlə anırıq!


Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistanın 30 illik işğalına son qoydu, ərazi bütövlüyümüzü, haıı-ədaləti, qürurumuzu bərpa etdi.
2023-cü il sentyabrın 19-da keçirilən birgünlük anti-teror əməliyyatı ilə Qarabağ və Şərqi-Zəngəzurda gizlənmiş erməni separatçılarını son qalırları darmadağın edildi və erməni terrorzimin Azərbaycan torpaqlarında kökü əbədi kəsildi.

Tarix yazan qəhrəmanlarımızı böyük ehtiram və hörmətlə anırıq!

Deyirlər, ölüm haqdır, ona hər kəs qovuşa bilər, ancaq hər kəs haqq üçün dirilə bilməz.

Torpaq uğrunda canlarından keçən şəhidlər isə bir ölər, min dirilər. Ruhunuz qarşınızda baş əyirik!

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Seçilən
21
newscenter.az

1Mənbələr