AZ

Gürcüstanda dövlət bayraqları endirildi

TBİLİSİ, 27 sentyabr. TELEQRAF

Gürcüstanda Suxumi şəhərinin süqutunun 32-ci ildönümü ilə əlaqədar olaraq dövlət bayraqları yarıya qədər endirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla Abxaziya müharibəsində həlak olanlarının xatirəsinə ehtiram nümayiş etdirilir.

Bayraqlar Gürcüstan ərazisində bütün inzibati binaların üzərində endirilib.

Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-ci il avqustun 14-də başlayıb. 13 ay 13 gün davam edən münaqişə nəticəsində Gürcüstan Abxaziya üzərində yurisdiksiyasını itirib. Beynəlxalq ictimaiyyət bu faktı Rusiya tərəfindən işğal kimi tanıyıb.

Təsdiqlənməmiş məlumatlara əsasən, Abxaziya müharibəsində Gürcüstan tərəfindən 10 mindən çox hərbçi və dinc sakin həlak olub. 250 mindən çox gürcü Abxaziyadan didərgin düşüb. Abxaziya tərəfi isə 3 500 nəfərin öldürüldüyünü, 2 000-ə yaxın abxazın isə yaralandığını iddia edir.

Seçilən
75
5
teleqraf.com

6Mənbələr