AZ

Payız və qış aylarında ən çox rastlanan xəstəliklər Həkimlərdən XƏBƏRDARLIQ

ain.az bildirir, Bizim media portalına istinadən.

Havaların soyuması və günlərin qısalması ilə birlikdə payız və qış aylarında müəyyən xəstəliklərin yayılma riski artır. Həkimlərə görə, bu dövrlərdə həm immunitet zəifləyir, həm də qapalı məkanlarda insanların sıx toplaşması virus və infeksiyaların sürətlə yayılmasına şərait yaradır.Bəs ən çox hansı xəstəliklərə rast gəlinir?Bizim.Media-nın mövzu ilə bağlı araşdırması var:Qrip və soyuqdəymə - Mövsüm dəyişdikcə ən geniş yayılan infeksiyalar arasında yer alır. Xüsusən də qripin ağır fəsadları yaşlılarda və uşaqlarda təhlükəli ola bilər.Bronxit və pnevmoniya - Soyuq havalarda tənəffüs yolları daha çox zədələndiyi üçün bu xəstəliklərin artdığı müşahidə olunur.Sinüzit və angina - Temperatur dəyişikliyi və immunitetin zəifləməsi boğaz və burun-ətrafı boşluqlarda iltihab yaradır.Allergik problemlər - Payızda toz və rütubət artdığından allergik rinit, astma tutmaları da çoxalır.Dəri xəstəlikləri - Soyuq hava, quru mühit və istilik sistemləri dəri quruluğu, ekzema və dermatit şikayətlərini artırır.Depressiya və mövsümi affektiv pozuntu - Gün işığının azalması psixoloji durumumuza təsir edərək depressiya hallarını gücləndirə bilir.Mütəxəssislərin tövsiyəsiHəkimlər bu fəsillərdə immunitetin möhkəmləndirilməsini, vitaminli qidaların qəbulunu, isti geyinməyi, bol maye içməyi və mümkün qədər qapalı məkanlarda uzun müddət qalmaqdan çəkinməyi məsləhət görürlər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
bizim.media

2Mənbələr