AZ

AMİP Anım Günü ilə bağlı bəyanat yaydı

"Azərbaycan Milli İstiqlal Partiyası vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümü olaraq qeyd edilən Anım Günündə qəhrəman ordumuza, qazilərimizə və şəhid ailələrinə dərin ehtiramını bildirərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və milli varlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizi böyük qürur və minnətdarlıq hissi ilə yad edir".

"Cebheinfo.az" xəbər verir ki, bu, 27 sentyabr-Anım Günü ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bəyanatında yer alıb.

Bəyanatda qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və hüququn aliliyi uğrunda aparılan mübarizə olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılmışdır.

Məhz bu gün Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan Ordusu tərəfindən başladılan “Dəmir yumruq” əməliyyatı ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi və milli ləyaqət nümunəsinə çevrildi:

"Vətən müharibəsində əldə olunmuş Böyük Zəfər xalqımızın milli həmrəyliyinin, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin və qəhrəman ordumuzun şücaətinin təntənəsidir.

"Cebheinfo.az"

Seçilən
19
2
cebheinfo.az

3Mənbələr