AZ

Aşağı Güzdək qəsəbəsində anbarda güclü yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

*** 08:32

Bakı şəhəri, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində güclü yanğın başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, yanğın səbəbindən ətrafa qatı tüstü yayılır.

Yanğının baş vermə yeri və səbəbi dəqiqləşdirilir.

Seçilən
30
35
far.az

10Mənbələr