AZ

Məşhur teleaparıcılar terror zamanı "Krokus"da gizləniblərmiş-Yeni detallar

Rusiyanın məşhur aparıcıları Sergey Svetlakov və Andrey Malaxovun adları “Crocus City Hall”da terror aktının təhqiqat işində "yoxa çıxıb".

Publika.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, onlar atışma zamanı konsert zalında olsalar da şahid qismində adları çəkilməyib.

Telegram kanalının məlumatına görə, teleaparıcılar Moskva Şəhər Məhkəməsinə çağırılmayıblar. Svetlakovun özü isə bildirib ki, həmin axşam obyektdə olan insanlarla birlikdə dəhlizdə terrorçulardan gizlənə bilib. “Piknik” konsertində Malaxov da iştirak edibmiş. Lakin o, bunu gizli saxlayıb.

Bu arada, Moskva Şəhər Məhkəməsində müdafiə tərəfi qismində 800 şahidin dindirilməsi davam edir. Təxminən 1700 nəfər qurban kimi tanınıb.

Seçilən
48
publika.az

1Mənbələr