AZ

"27 sentyabr – Azərbaycanın və Türk dünyasının qürur günüdür" - Türkiyəli general

"Azərbaycanın istiqlal uğrunda mücadiləsi 1988-ci ildən bəri başlayıb. Bu müddətdə torpaqlarını vətən etmək, milli mənəvi dəyərləri qorumaq üçün həyatını heç bir tərəddüd etmədən qurban verən bütün mülki və hərbi şəhidləri rəhmət və dualarla anırıq".

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O, qeyd edib ki, 27 sentyabr tarixi yalnız Azərbaycan tarixi üçün deyil, bütün Türk dünyası və dünya üçün qızıl hərflərlə yazılmış zəfər və qürur günüdür:

"Bu tarix təkcə işğaldan azad edilən torpaqların simvolu deyil, həm də vətən sevgisinin, azadlıq tutqusunun və imperialist qüvvələrə qarşı mübarizənin rəmzidir. Qarabağ zəfəri bir daha göstərdi ki, vətən hər şeydən üstündür və onun uğrunda canını vermək ən böyük şərəfdir. Millət bir olduğu zaman qarşısında heç bir güc dayana bilməz.

Bayrağımızın azad şəkildə dalğalanması şəhidlərimizin qanı ilə mümkündür. Azadlıq yalnız mübarizə ilə qorunur. Güclü dövlət, güclü xalq və şəhidlərimizin fədakarlığı sayəsində bu gün Azərbaycan dik ayaqda, müstəqil və güclü bir dövlətdir.

Qarabağda dalğalanan üçrəngli bayraq həm millətimizin iradəsini, həm də şəhidlərimizin əziz xatirəsini təmsil edir. Onların fədakarlığı sayəsində Azərbaycan bugünkü gücünə, nüfuzuna və azadlığına nail olub.

Əlbəttə, şəhidlərimiz fiziki olaraq aramızda olmasalar da, onların xatirəsi xalqımızın qəlbində yaşayır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın müstəqil, güclü və bölgəsində söz sahibi olan Azərbaycan!"

Xalidə Gəray
Musavat.com

Seçilən
55
50
musavat.com

10Mənbələr