AZ

Azarkeşlərin Mourinyo əleyhinə şüarları “Porto”nun cərimə olunması ilə nəticələnib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portuqaliya Futbol Federasiyasının İntizam Şurası “Benfika”nın baş məşqçisi Joze Mourinyoya qarşı təhqiredici şüarlara görə “Porto”nu 3190 avro cərimələyib.

İdman.biz bu barədə “Publiko”ya istinadən məlumat verir.

Məlumata görə, qərarda azarkeşlərin davranışının “cins, irq və ya oxşar əsaslarla insan ləyaqətini alçaldan ayrı-seçkilik xarakteri daşıyan şifahi təhqirlərə” qoyulan qadağanı pozduğu qeyd edilib.

Hadisə sentyabrın 19-da Portuqaliya çempionatının 6-cı turunda “Porto”nun “Rio Ave”ni 3:0 hesabı ilə məğlub etdiyi oyun zamanı baş verib. 86-cı dəqiqədə “Porto” azarkeşləri Mourinyonun ünvanına təhqirlər səsləndirməyə başlayıblar.

Sentyabrın 18-də 62 yaşlı Joze Mourinyo 25 ildən sonra “Benfika”ya qayıdıb. O, əvvəllər “Porto” ilə də çalışıb və bu klubla Çempionlar Liqasını və UEFA kubokunu qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr