AZ

Roma Papasına “Formula-1” avtomobilinin sükanını bağışlayıblar - VIDEO

“Ferrari”nin direktorlar şurasının sədri Con Elkann Roma Papası XIV Levlə görüşüb.

İdman.biz bildirir ki, görüş zamanı o, pontifikə “Ferrari” pilotu Şarl Leklerin avtomobilinin sükanını hədiyyə edib və sükanın “Formula-1 Qran-prisi”ndə yarış zamanı istifadə edildiyini vurğulayıb.

Şarl hazırda 165 xalla “Formula-1” yarış cədvəlində beşinci yerdədir. O, sentyabrın 21-də keçirilən ən son yarışda, “Azərbaycan Qran-prisi”ndə səkkizinci olub. Lekler 2019-cu ildən İtaliya komandasının heyətindədir.

İdman.biz

Seçilən
21
1
idman.biz

2Mənbələr